Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyası öz işini aprel ayında da davam etdirəcək.
Senzor.az bildirir ki, bunu jurnalistlərə açıqlamasında Komissiyanın üzvü Rəşad Məcid deyib.
O qeyd edib ki, bu il üçün 4 iclas keçirilməsinə baxmayaraq, hələ də baxılmamış müraciətlər var: “Çox güman ki, Əfv Məsələləri Komissiyası may ayının əvvəllərində öz işlərini yekunlaşdıracaq. Bundan sonra sənədlər cənab Prezidentə təqdim olunacaq”, - deyə, R. Məcid əlavə edib.
Komissiya üzvü, həmçinin qeyd edib ki, həmin 4 iclasda 400-ə yaxın müraciətə baxılıb, qərarlar qəbul olunub.