Martın 19-dan 20-nə keçən gecə güclü külək nəticəsində paytaxtda 12 ağac sınıb, 2 ağacın isə budaqları qırılıb.
Senzor.az bildirir ki, bu barədə Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən məlumat verilib.
Ağacların aşması, əsasən Nərimanov, Yasamal və Nizami rayonlarında qeydə alınıb: “Birliyin əməkdaşları dərhal sınmış ağacları kəsərək ərazini təmizləyiblər. Budaqları qırılan ağaclarda isə budanma işləri aparılıb”.