Bakı metrosunda qatarların hərəkətində problem... - NƏ BAŞ VERİR?

Bakı Metropolitenində sərnişin sıxlığı səbəbilə hüdud xəttinin keçilməsi və qapıların tutularaq saxlanması müşahidə olunur. Nəticədə qatarlar stansiyalara daha aşağı sürətlə daxil olur və platformalarda normadan artıq dayanır. Arxadan gələn qatarlar da tunellərdə və stansiyalarda dayanmalı olur.

 

Senzor.az bildirir ki, KİV-in sorğusuna cavab olaraq  Bakı Metropoliteni QSC-dən verilən məlumatda belə deyilir.

 

Qeyd olunub ki, Qırmızı və Yaşıl xətlər "28 May" stansiyasında kəsişərək birləşdiyindən bir neçə stansiyada bunun təsirləri hər iki xətt üzrə ümumi yubanmalara səbəb olub.

 

"Sərnişinlərimizdən xahiş edirik ki, yubanmalara yol verməmək üçün platformalarda təhlükəsizlik qaydalarına riayət etsinlər", - qurumdan vurğulanıb.

 

Qeyd edək ki, səhər saatlarından etibarən Bakı metrosunda problem yaranıb. Bütün stansiyalarda sərnişin sıxlığı müşahidə edilib.

 

"Həzi Aslanov" istiqamətində hərəkət edən qatar "İnşaatçılar" və "28 May" tunelində dayanıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.