
Dumana görə bəzi yollarda görmə məsafəsi məhdudlaşacaq.
Senzor.az bildirir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən xəbərdarlıq edilib.
Qeyd olunub ki, oktyabrın 5-i gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı gözlənilir.