Paris Məhkəməsi Azərbaycan səfirliyinə hücum edən şəxsi cəzalandırdı
6 AYLIQ ŞƏRTİ CƏZA...

İyunun 23-də Paris məhkəməsində, Azərbaycan Respublikasının Fransadakı Səfirliyi önündə ötən il keçirilmiş icazəsiz aksiya zamanı səfirliyin binasına hücum etmiş, Fransada fəaliyyət göstərən “Charjoum” adlı erməni hərəkatının üzvü Loris Tufanyana qarşı dinləmələr baş tutub.

 

Xatırladaq ki, 2022-ci il sentyabrın 18-də radikal erməni nümayəndələri tərəfindən Parisdə Azərbaycan səfirliyinə qarşı hücum cəhdi olub və nəticədə səfirliyin binasına zərər yetirilib. Baş vermiş hücum aktı ilə əlaqədar dəlillər yerli məhkəməyə təqdim olunub və hücumun əsas təşkilatçısı və iştirakçılarının cəzalandırılması tələb edilib. 

 

Məhkəmədə Azərbaycan Respublikasının Səfirliyini Lexlor hüquq şirkəti təmsil edib.

 

Paris məhkəməsinin bu gün verdiyi qərarla sözügedən hücumun əsas iştirakçısı olan “Charjoum” erməni hərəkatının üzvü Loris Tufanyana 6 aylıq şərti cəza müəyyən edilib və cərimə tətbiq olunub.

 

Səfirlik radikal qruplar tərəfindən diplomatik nümayəndəliyə qarşı hər hansı hücum cəhdlərini bir daha qətiyyətlə qınayır, 1961-ci il Vyana Konvensiyasına uyğun olaraq diplomatik nümayəndəliyin təhlükəsizliyinin təmin edilməsi üçün yerli hüquq mühafizə orqanları tərəfindən gücləndirilmiş tədbirlərin təmin edilməsinə çağırır və Paris məhkəməsinin sözügedən qərarını gələcəkdə bu kimi halların qarşısının alınması və ədalətin təmin edilməsi baxımından mühüm addım kimi qiymətləndirir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.