Tehranda Sosial Təminat Təşkilatında çalışmış təqaüdçülər aksiya keçiriblər.
Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.
Bildirilir ki, aksiyaçılar qurumun binası önündə toplaşaraq aylıq müavinətlərinin az olması və məişət problemlərinə görə etiraz ediblər.
Narazı təqaüdçülər hökumətdən onların problemlərini araşdırmağı və müavinətlərin artırılmasını tələb ediblər.