REAL TV-nin rəhbəri Mirşahin Ağayev müəllifi olduğu “Mir Şahinin vaxtı” verilişinin dünən axşam efirə gedən buraxılışında Gədəbəyin Söyüdlü kəndində baş verən hadisələrdən də danışıb.
Senzor.az bildirir ki, tanınmış jurnalist sözügedən hadisələrdən danışarkən son günlər sosial şəbəkələrdə müzakirə və qınaq obyektinə çevrilən Gədəbəyin icra başçısı Orxan Mürsəlovdan da söz açıb.
“Söyüdlü hadisəsin sonra sosial şəbəkələrdə ən çox müzakirə olunan mövzulardan biri də Gədəbəyin icra başçısı Orxan Mürsəlovun etiraz kütləsi ilə ideoloji davranışı idi. Linç hədəfi edilən məmurun xüsusi şəraitdə ola bilsin ki, bəzən ifadəni düzgün seçməməsini cinayətə bərabər qəbahət hesab edənlər başqa bir faktı – bu müsbət jesti, soyuqqanlı yanaşmanı göstərməyi lazım bilməyiblər.
...Və ya məmurun camaatdan uzaq düşməsi haqda müzakirələr açılır. Yaşlı qadınla ünsiyyətdə onun o qədər də uğurlu olmayan ifadəsini qabardırlar, amma elə həmin nənələrdən birini, öz maşınında icra başçısının aksiya yerindən ehtiramla apardığını görməzliyə vururlar. Çünki sosial şəbəkələrin öz dəyərlər sistemi var”, - deyə müəllif qeyd edib.
Verilişdən həmin hissəni təqdim edirik: