ABŞ Prezidenti Co Bayden Rusiyada baş verən son hadisələri qiymətləndirib.
Senzor.az-ın məlumatına görə, o, Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən bildirib ki, Rusiya Prezidenti Vladimir Putin Ukraynadakı müharibədə uduzur: “O, açıq şəkildə Ukraynadakı və ölkə daxilindəki müharibəni uduzur”.
ABŞ lideri vurğulayıb ki, düzdür, "Vaqner" qiyamından sonra Putin bütün dünyada rüsvay oldu, amma buna baxmayaraq, "Onun mövqelərinin zəiflədiyini söyləmək hələ tezdir”.