“Ermənistanı və Azərbaycanı sülh yolunda irəliləyişi davam etdirməyə çağırdım”.
Senzor.az bildirir ki, bunu ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan “Twitter” hesabında yazıb.
O, ABŞ-ın Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşə ev sahibliyi etməsindən məmnun qaldığını vurğulayıb.
“Mən Ermənistanı və Azərbaycanı sülh yolunda irəliləyişi davam etdirməyə, o cümlədən etimadın möhkəmləndirilməsi üçün təxribatlardan qaçmağa və gərginliyi azaltmağa çağırdım”, - ABŞ Prezidentinin müşaviri qeyd edib.