İsveçdə bu hərəkətlərin “ictimai müdafiə” altında həyata keçirilməsi düşündürücü bir hadisədir. İsveç təhlükəsizlik qurumlarının strategiya və təhlükəsizlik baxımından təxribatların qarşısını ala bilməməsi bizi düşündürür.
Bu sözləri Türkiyənin Xarici İşlər naziri Hakan Fidan İordaniya baş nazirinin müavini Ayman Safadi ilə birgə mətbuat konfransında açıqlamasında deyib.
“İveçin NATO-ya üzvlüyü vəziyyəti dəyişəcəkmi? Bunun hansısa fayda gətirib-gətirməyəcəyi indi müzakirəyə açıqdır” – deyə Hakan Fidan bildirib.
“Qurban bayramının ilk günündə Stokholmda müqəddəs kitabımız , Quranın təqdimat mərasimində xəbərdarlıqlarımıza baxmayaraq, Türkiyəyə edilən bu təxribat və hücuma göz yumulmasını şiddətlə qınayırıq” – deyə o, əlavə edib.
Xatırladaq ki, iyunun 28-də İsveçdə Qurban bayramının ilk günü polis əməkdaşlarının qoruması altında Quranın yandırıldığı təxribat xarakterli aksiya həyata keçirilib.