OPEC Azərbaycanı təşkilatın daimi üzvlüyünə dəvət edib.
“İnteraks”ın iddiasına görə, bu barədə Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Heysəm Əl-Qeys məlumat verib.
Azərbaycanın energetika naziri Pərviz Şahbazov isə jurnalistlərə bildirib ki, hazırda Azərbaycan OPEC-ə yeni iştirakçı kimi daxil olmaq məsələsini nəzərdən keçirmir: «Bu cür məsələlər bəzən qaldırılır, lakin hazırda biz bu məsələni nəzərdən keçirmirik»,
Senzor.az bildirir ki, bu arada OPEC-in baş katibi Heysəm Əl-Qeys məsələ ilə bağlı jurnalistlərə daha bir açıqlama verib.
"Mən Malayziya, Meksika, Bruney və Azərbaycana səfər etdim, amma onları OPEC-ə üzv olmağa dəvət etdiyimi demirəm. OPEC+ formal təşkilat deyil, bu kooperasiya alyansıdır və rəsmi olaraq OPEC+ üzvləri - Rusiya, Azərbaycan, Qazaxıstan OPEC-in üzvü deyil, lakin özlərini OPEC üzvü kimi hiss edirlər", - o bildirib.