Azərbaycan Fransanı ən böyük rəqibi ilə vurur – ƏLCƏZAİR PREZİDENTİ BAKIYA DƏVƏT EDİLDİ
ŞƏRH

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 6-da Əlcəzair Xalq Demokratik Respublikasının xarici işlər və xaricdəki milli icma naziri Əhməd Attafı qəbul edib.

 

Görüşün diqqətçəkən məqamı Prezident İlham Əliyevin Əlcəzair Prezidentini ölkəmizə rəsmi səfərə dəvət etməsidir. Prinsip etibarilə bu dəvət ötən ilin noyabrın 1-də Prezident İlham Əliyevin Ərəb Dövlətləri Liqasının 31-ci Sammitinə ev sahibliyi edən Əlcəzair Xalq Demokratik Respublikasının Prezidentinin dəvəti ilə Zirvə toplantısında Fəxri qonaq statusunda iştirak etməsinə bir cavabdır. 

 

Bu gün Afrika qitəsinin ən zəngin dövlətlərindən biri olan Əlcəzairlə Azərbaycan arasında beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı çərçivəsində fəal əməkdaşlıq həyata keçirilir. Son illər xüsusilə iki ölkə siyasi kontekstdə sıx əməkdaşlıq edir.  

Azərbaycan-Əlcəzair siyasi əməkdaşlığında diqqətçəkən bir digər məqam Fransa faktorudur. Rəsmi Parisin son illərdə sərgilədiyi destruktiv, ermənipərəst, separatist və islamafob xarici siyasət Bakı ilə münasibətləri soyuqlaşdırıb. 

 

Fransa-Əlcəzair münasibətləri də tarixi ədavətdən və Parisin vaxtaşırı bu ölkənin daxili işlərinə müdaxilə etməsi səbəbindən tez-tez gərginləşir. 

  

Fransanın soyqırımlarla dolu hakimiyyəti dövründə 1,5 milyona yaxın əlcəzairlinin qətlə yetirilməsi və üzr istəmək yerinə Paris muzeyində əlcəzairli azadlıq döyüşçülərinin kəllə sümüklərini müharibə qənimətləri kimi saxlaması iki ölkə münasibətlərini daha çıxılmaz hala salır. 

 

Bakı Parisin anti-Azərbaycan siyasətinə qarşı adekvat cavab vermək və gözünü qorxutmaq üçün diplomatik müstəvidə təzyiq rıçaqlarını artırır. Əlcəzairlə əməkdaşlıq buna misal ola bilər. 

 

Xüsusilə Bakının həm dini kontekstdə, həm də soyqırım aspektində Əlcəzairdə baş verənləri qabartması Fransaya yönəlik açıq siyasətdir. 

 

O ki qaldı Prezident İlham Əliyevin Əlcəzair Prezidentini ölkəmizə rəsmi səfərə dəvət etməsinə, mümkündür ki, bu dəvət qəbul ediləcək. Yaxın müddət ərzində, hətta görüşün vaxtı da açıqlana bilər. 

 

Əlcəzair Prezidentinin ölkəmizə səfəri zamanı baş tutacaq görüşdə hər iki ölkənin liderləri Fransa əleyhinə daha sərt və ciddi bəyanatlar verə bilərlər.

 

Turan Rzayev, 

politoloq






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.