Ermənistanda vəkillər tətilə başladı
FOTO

Ermənistanda vəkillər həmkarlarının üzləşdikləri zorakılıqlarla bağlı üç günlük tətil elan ediblər və Daxili İşlər Nazirliyi yanında Polis İdarəsinin rəisi Aram Ovannisyanın istefası tələbini irəli sürüblər.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Ermənistan Vəkillər Palatasının bəyanatında belə deyilir. 

 

Hüquqşünaslar qeyd ediblər ki, fevral-iyun ayları ərzində polis bölmələrində vəkillərə qarşı bir neçə zorakılıq halları baş verib. Onlar bütün məsuliyyəti Ovannisyanın üzərinə qoyub, onun istefası tələb edilir. 

Vəkillər iyulun 11, 12 və 13-də üç günlük etiraz aksiyası keçirəcəklər. Onlar dövlət orqanlarında (o cümlədən məhkəmələrdə və ibtidai istintaq orqanlarında) müdafiə və ya təmsilçilik həyata keçirməyəcəklər. Palata aksiyaya qoşulan vəkillərin yalnız fövqəladə hallarda məhkəmələrə müraciət edəcəklərini vurğulayıb.

 

“Polis rəisinin vəkillik peşəsinin düşməni elan edilməsi ilə bağlı hüquq ictimaiyyətində sorğular keçiriləcək”, - məlumatda deyilir.

 

O da bildirilir ki, aksiyadan sonra hüquqşünaslar klubunun iclası çağırılacaq və orada gələcək fəaliyyət müzakirə olunacaq.

 

Qeyd edək ki, vəkil Karen Alaverdyanın polis bölməsində döyülməsindən sonra vəkillər etiraz aksiyalarına start veriblər. Faktla bağlı istintaq başlayıb.

 

Bu ilin əvvəlində daha iki vəkil - Marzpet Avakyan və Emmanuel Ananyan polis idarəsində zorakılığa məruz qalıblar. Hüquqşünaslar hesab edirlər ki, bu cür işlərin istintaqı kifayət qədər tez aparılmır və təqsirkarlar cəzasız qalır.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.