Ukrayna Prezidenti Vladimir Zelenski ölkəsinin hərbi qüvvələrinin istifadəsi üçün uzaq mənzilli silahların vacib olduğunu deyib.
Bu barədə Praqada səfərdə olan Prezident Zelenski Çex Respublikasının Baş naziri Petr Fiala ilə keçirdiyi birgə mətbuat konfransında deyib.
"Uzaq mənzilli silahlar olmadan təkcə hücum etmək deyil, həm də ölkəni müdafiə etmək çətindir. Əgər belə silahlarınız yoxdursa, düşməni uzaq məsafədə məhv edə bilməzsiniz. Məsafə üstünlüyü təkcə hücum üçün deyil, həm də müdafiə üçün vacibdir", Prezident Zelenski vurğulayıb.
O deyib ki, uzaq mənzilli silahlar və sursat almaq üçün Ukrayna tərəfi tərəfdaş ölkələrlə danışıqlar aparır. "Biz bu barədə təkcə ABŞ ilə deyil, digər tərəfdaşlarla da danışırıq və onlardan bizə bu sistemləri vermələrini xahiş edirik".