Niderlandın Baş naziri istefa verdi – ƏRDOĞANLA DANIŞANDAN SONRA

Baş nazir Mark Ruttenin rəhbərlik etdiyi Niderland hökuməti istefa verib.

 

Senzor.az bildirir ki, bu barədə cümə günü Niderland Nazirlər Kabinetinin rəhbəri mətbuat konfransında bildirib.

 

Onun sözlərinə görə, yaxın vaxtlarda “hökumətin istefası krala təqdim olunacaq”. Rutte əlavə edib ki, hakim koalisiyanın dağılması miqrasiya siyasətindəki fikir ayrılıqları ilə bağlıdır.

 

Hollandiya Yayım Korporasiyası mənbələrə istinadən bildirib ki, hazırki Nazirlər Kabineti yeni parlament seçkiləri keçirilənə və yeni hökumət formalaşana qədər öz vəzifələrini yerinə yetirməyə davam edəcək.

Xatırladaq ki, iki gün əvvəl 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Niderlandın Baş naziri Mark Rutte ilə telefon danışığı aparmışdı.

 

Söhbət zamanı ikitərəfli əlaqələr, İsveçin NATO-ya üzvlük prosesi, Avropada Qurana qarşı təxribat xarakterli hərəkətlər, regional və qlobal məsələlər müzakirə edilmişdi.

 

Gələn il Türkiyə-Niderland Dostluq Sazişinin 100-cü ildönümünün qeyd olunacağını xatırladan Prezident Rəcəb Tayyib Ərdoğan ikitərəfli əlaqələrin yüksək səviyyəli səfərlərlə taclanacağına inandığını bildirmişdi.

 

İsveçin NATO-ya üzvlük prosesinin də müzakirə olunduğu söhbətdə Prezident Ərdoğan İsveçin terrorla mübarizə qanunvericiliyində dəyişiklik edərək düzgün istiqamətdə addımlar atdığını, lakin terror təşkilatı PKK/PYD/YPG tərəfdarlarının sərbəst şəkildə fəaliyyətlərinə davam etdiyini vurğulamışdı.

 

Ərdoğan Niderlandın Baş naziri Rutteyə İsveçdə müqəddəs kitab Qurana qarşı edilən hücumlara fikir azadlığı adı altında haqq qazandıra bilməyəcəyini, edilənlərin açıq şəkildə cinayət olduğunu bildirmişdi.

 

Söhbət zamanı liderlər, həmçinin iyulun 11-12-də Litvanın paytaxtı Vilnüsdə keçiriləcək NATO sammitinin ən mühüm gündəm bəndlərindən birinin Rusiya-Ukrayna müharibəsi olacağı barədə razılığa gəlmişdilər.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.