Ukrayna Prezidenti Volodimir Zelenski genişmiqyaslı müharibənin 500-cü günündə İlan adasına səfər edib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Prezident "Telegram" kanalında məlumat paylaşıb.
O, ada uğrunda döyüşlərdə canlarından keçmiş qəhrəmanların xatirəsini ehtiramla yad edib.
"500 günlük genişmiqyaslı müharibə. İlan adası. Azad Ukraynanın azad adası. İşğalçılara qarşı burada vuruşan hər kəsə minnətdaram. Bu döyüşdə canlarını verən qəhrəmanların xatirəsi ehtiramla yad edilib - genişmiqyaslı müharibə zamanının ən vacib anlarından biri. Qara dənizimizdə təhlükəsizlik uğrunda mübarizə aparan hər kəsə həmd olsun! Eşq olsun!”, – Zelenski yazıb.
İlan adasına Prezident Aparatının rəhbəri Andriy Yermakın müşayiəti ilə - qayıqla gedən Zelenski daha sonra vurğulayıb: "Bu 500 gündə hər bir əsgərimizin qələbələrinə, Silahlı Qüvvələrimizə, kəşfiyyatımıza, Milli Qvardiyamıza, sərhədçilərimizə, Ukrayna Təhlükəsizlik Xidmətinə, Milli Polisə, siqnalçılarımıza, xalqımıza bu yerdən təşəkkür etmək istəyirəm. Ukrayna uğrunda döyüşən hər kəsə təşəkkür edirəm. Biz mütləq qalib gələcəyik!".