Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov ona diplomatik rütbə verdiyinə görə ölkə Prezidenti İlham Əliyevə minnətdarlıq edib.
Senzor.az bildirir ki, C. Bayramov bununla bağlı Twitter hesabında paylaşım edib.
Paylaşımda deyilir: “Möhtərəm cənab Prezidentin Sərəncamı ilə mənim və həmkarlarımızın ali rütbələrlə təltif olunması Xarici İşlər Nazirliyinin fəaliyyətinə verilən yüksək dəyərin göstəricisidir. Bu diqqət və etimada görə cənab Prezidentə minnətdarıq!”.