Özbəkistanın bütün seçki məntəqələrində səsvermə başa çatıb
YENİLƏNİB

Özbəkistanda növbədənkənar prezident seçkilərində ölkənin bütün seçki məntəqələrində səsvermə başa çatıb, lakin bəzi xarici seçki məntəqələrində hələ də davam edir.

Senzor.az xəbər verir ki, bu barədə Özbəkistan Mərkəzi Seçki Komissiyasının mətbuat xidməti məlumat yayıb.

Yerli vaxtla saat 20:00-da respublika ərazisində bütün seçki məntəqələri bağlanıb. Saat fərqinə görə səsvermə yalnız ABŞ-da davam edir.

Səsvermədə iştirak etmək üçün 19,27 milyon seçici qeydə alınıb. MSK-nın məlumatına görə, saat 17:00-a seçkilərdə fəallıq 69,85% təşkil edib, demək olar ki, 13,46 milyon insan səs verib. Bundan əlavə, 815 minə yaxın vətəndaş vaxtından əvvəl səs verib.

Seçkilərdə onlarla dövləti və beynəlxalq təşkilatı təmsil edən 800-ə yaxın beynəlxalq müşahidəçi, o cümlədən 1500-ə yaxın yerli və xarici jurnalist akkreditasiyadan keçib.

**11:33

Özbəkistan prezidentliyinə namizəd Şavkat Mirziyoyev yerli vaxtla saat 10:00 radələrində (Bakı vaxtı ilə saat 9:00) Daşkənddəki 59-cu seçki məntəqəsində səs verib.


Bu barədə xarici mətbuat xəbər verir.


Mirziyoyevi həyat yoldaşı, övladları və nəvələri müşayiət edib. Prezidentliyə namizəd səs verdikdən sonra seçki məntəqəsinə gələn yerli sakinlərlə danışıb.


Qeyd edək ki, bu gün Özbəkistanda növbədənkənar prezident seçkiləri keçirilir.


Ölkədə seçki məntəqələri yerli vaxtla saat 8:00-da (Bakı vaxtı ilə saat 7:00) açılıb və 20:00-da (Bakı vaxtı ilə saat 19:00) bağlanacaq.

**10:28

Özbəkistanda növbədənkənar prezident seçkiləri keçirilir.

 

Senzor.az bildirir ki, 10 min 784 seçki məntəqəsi yerli vaxtla saat 08:00-da açılıb.

 

Səsvermə saat 20:00-dək davam edəcək.

 

Seçkilərdə hazırkı Prezident Şavkat Mirziyoyev, Xalq Demokratik Partiyasından namizəd Uluğbek İnoyatov, Ekologiya Partiyasından namizəd Abduşukur Hamzayev və Ədalət Sosial Demokratiya Partiyasından namizədi Roba Mahmudova mübarizə aparırlar.

 

Qeyd edək ki, aprelin 30-da Özbəkistanda konstitusiyaya düzəlişlər üzrə referendum keçirilib və prezidentin səlahiyyət müddəti beş ildən yeddi ilə qaldırılıb. Bundan əlavə, yeni düzəlişlərə əsasən Özbəkistan sosial dövlət elan olunur və ölkədə ölüm hökmü ləğv edilir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.