Türk Dövlətləri Təşkilatı (TDT) Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyini və diplomatik nümayəndəliklərin bütün xidmət əməkdaşlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib.
Bu barədə TDT-nin tviter hesabında paylaşım edilib.
“Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin və diplomatik nümayəndəliklərin bütün diplomatik xidmət əməkdaşlarını səmimi qəlbdən təbrik edir, uğurlarının davamlı olmasını arzulayırıq”, - beynəlxalq təşkilatın bayram təbrikində deyilir.
Qeyd edək ki, 9 iyul - diplomatik xidmət orqanlarının əməkdaşlarının peşə bayramı günüdür. Xarici İşlər Nazirliyinin yaradılmasından 104 il ötür.