NATO ölkələri İranın nüvə silahı yaratmasına imkan verməyəcəklər
BƏYANAT

NATO ölkələri İranın nüvə silahı yaratmasına icazə verməyəcək və onu beynəlxalq öhdəliklərə əməl etməyə çağıracaqlar.

 

Senzor.az bildirir ki, Alyansın Vilnüsdə keçirilən sammitinin birinci gününün yekunlarına dair dərc olunmuş bəyanatda belə deyilir.

 

Sənəddə qeyd olunur: "Biz İranın nüvə silahı yaratmasının qarşısını almaqda qərarlı olduğumuzu bir daha bəyan edirik. Biz İranın nüvə proqramının inkişafından dərin narahatıq".

 

Sammit iştirakçıları İranı nüvə silahının yayılmaması haqqında müqavilədə nəzərdə tutulan təminat sazişi üzrə hüquqi öhdəliklərə, habelə nüvə silahının yayılmaması ilə bağlı siyasi öhdəliklərə əməl etməyə çağırıblar.

 

Bundan əlavə, Alyans ölkələri İranı BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsində nəzərdə tutulan məhdudiyyətlərlə bir araya sığmayan ballistik raket fəaliyyətlərini dayandırmağa çağırıblar.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.