Xəbər verdiyimiz kimi, Suriyada müxalif qüvvələrin irəliləməsi səbəbilə Prezident Bəşər Əsədin ailəsi ilə birgə ölkəni tərk etdiyinə dair məlumatlar yayılıb.
“Wall Street” jurnalı xəbər verir ki, Əsədin ailə üzvləri Rusiyada məskunlaşıblar.
Məlumata görə, liderin xanımı və üç uşağı üsyançıların paytaxta doğru sürətlə irəliləməsinin ardınca ötən həftə Dəməşqdən Moskvaya yola düşüb.
O da qeyd edilib ki, ailəsi ölkədən çıxsa da Prezident hələ də Suriyadadır. KİV-də yayılan məlumata görə, Misir və İordaniya rəsmiləri Əsədi ölkəni tərk etməyə çağırıblar.
Ekspertlərin fikrincə, Əsədin ailəsinin Rusiyaya getməsi davam edən vətəndaş müharibəsi fonunda Suriya rejiminin gələcəyində mühüm dönüş nöqtəsi ola bilər.