Fərid Şəfiyev: Cənubi Qafqaz müstəqil region kimi nəzərdən keçirilməlidir

Cənubi Qafqaz öz xüsusiyyətləri olan müstəqil region kimi nəzərdən keçirilməlidir.


Senzor.az bildirir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin (BMTMM) İdarə Heyətinin sədri Fərid Şəfiyev "Cənubi Qafqazda təhlükəsizlik və əməkdaşlıq" adlı beynəlxalq konfransda deyib.


Onun sözlərinə görə, uzun illər, hətta onilliklər ərzində Cənubi Qafqaza Rusiya İmperiyası, daha sonra isə Sovet İttifaqı prizmasından baxılırdı: "Bu, sovetşünasların Cənubi Qafqaza və Azərbaycana baxışı idi. Lakin bu gün, Sovet İttifaqının dağılmasından 30 il sonra, bu ölkələrdə heç vaxt Sovet İttifaqını görməyən və əvvəlki sistemdə yaşamayan tamamilə yeni bir nəsil var. Buna görə də, Cənubi Qafqazı öz xüsusiyyətlərinə malik müstəqil region kimi nəzərdən keçirməyin vaxtı çatıb. Əlbəttə ki, tarix burada mühüm rol oynayıb...


Cənubi Qafqazla bağlı yanaşmalarda bəzən “orientalist” baxışların təsiri də özünü göstərir. Xüsusilə Azərbaycana münasibətdə bu yanaşmaların müəyyən stereotiplərin formalaşmasına səbəb olduğu müşahidə edilir.


Avropa mediasında və akademik dairələrdə uzun müddət proerməni narrativlərinin üstünlük təşkil etməsi regionun reallıqlarının obyektiv şəkildə dərk edilməsinə təsir göstərib. Belə yanaşmalar Cənubi Qafqazın mürəkkəb siyasi və tarixi xüsusiyyətlərinin bütöv şəkildə öyrənilməsini çətinləşdirir".


Regionun artan rolundan danışan F.Şəfiyev Azərbaycanın C6 formatına qoşulmasını mühüm hadisə kimi qeyd edib: "Azərbaycanın C6 formatına qoşulması yeni siyasi dinamika formalaşdırır və Cənubi Qafqazla Mərkəzi Asiya arasında qarşılıqlı əlaqələri genişləndirir. Azərbaycan həmçinin Mərkəzi Asiya ölkələri və Cənubi Qafqaz arasında enerji və nəqliyyat əlaqələrinin inkişafında əsas rol oynayır. Mən Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında imzalanmış qarşılıqlı anlaşma memorandumundan, həmçinin Avropaya alternativ enerji tədarükünü təmin etmək üçün nəzərdə tutulmuş "Black Sea Cable" layihəsindən danışıram".


** 







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.