İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun saxlanmasından sonra etiraz aksiyasının keçirilməsinə tətbiq olunan qadağa davam edəcək.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə İstanbul Valiliyi məlumat yayıb.
Yeni qərara əsasən, İstanbulda aksiya və nümayişlərin keçirilməsinə tətbiq olunan qadağanın müddəti martın 27-nə qədər uzadılıb.
Qeyd edək ki, bundan əvvəl İstanbul Valiliyi 19-23 mart tarixlərində şəhərdə bütün aksiya və nümayişlərə qadağa qoymuşdu.