“Süniklə (Qərbi Zəngəzur – red.) bağlı təhlükə yoxdur, bu barədə yayılan iddialar təxribatdır”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan baş naziri Nikol Paşinyan yerli müxalifətin Azərbaycanın Sünikə hücum edəcəyi ilə bağlı iddialarını şərh edərkən deyib.
“Süniklə bağlı təhlükə yoxdur. Mən bu cür açıqlamaları təxribat və əsassız hesab edirəm. Bunlar vətəndaşlar arasında təşviş, panika və qeyri-müəyyənlik yaratmağa xidmət edir”, - Paşinyan jurnalistlərə bildirib.