İsrailin İrana qarşı əsassız təcavüzünə bəraət qazandırmaq cəhdləri həyasızlıqdır.
TASS xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova belə deyib.
Diplomat həmçinin qeyd edib ki, Rusiya İsrailin İranın nüvə obyektlərinə hücumlarını tamamilə qəbuledilməz sayır, çünki bu, fəlakətlə nəticələnəcək.
Zaxarovanın sözlərinə görə, Moskva Vaşinqtonu İrana qarşı idarəolunmaz nəticələrlə dolu olan hərbi əməliyyatlara müdaxilə etməkdən çəkindirir.
“Biz Vaşinqtonu vəziyyətə hərbi müdaxiləyə qarşı xüsusilə xəbərdar etmək istərdik ki, bu, həqiqətən gözlənilməz mənfi nəticələr verəcək son dərəcə təhlükəli addım olardı”, - Rusiya XİN-in sözçüsü vurğulayıb.
Mariya Zaxarova bildirib ki, Rusiya İrandakı Buşəhr AES-in təhlükəsizliyinə təhdiddən narahatdır. Çünki həmin AES-in fəaliyyətində rusiyalı mütəxəssislər də iştirak edirlər.
Xatırladaq ki, bundan əvvəl Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov İsrailin Buşəhrdəki rus alimlərinin hücum təhlükəsi altına düşməyəcəyi barədə Vladimir Putinə söz verdiyini açıqlayıb.