Çin İrandan vətəndaşlarının təxliyəsinə köməyə görə Azərbaycana təşəkkürünü bildirib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə bu gün brifinqdə Çin Xarici İşlər Nazirliyinin nümayəndəsi Qo Tszyatsyun (Guo Jiakun) danışıb.
"ÇXR vətəndaşlarının eskalasiya zonasından təxliyəsi zamanı İran, Azərbaycan, Türkmənistan, Ermənistan, Türkiyə, İraq, BƏƏ, Oman, Küveyt, Misir və İordaniya kimi ölkələr Çinə dəyərli dəstək göstəriblər. Buna görə onların hamısına səmimi minnətdarlığımızı bildiririk", - deyə o bildirib.
Qeyd edək ki, iyunun 21-dək "Astara" sərhəd-keçid məntəqəsi vasitəsilə İrandan Azərbaycana 740-dan çox Çin vətəndaşı təxliyə edilib.