Trampın imicinə NATO qarşısında böyük zərbə vuruldu:
KƏŞFİYYAT AĞ EV RƏHBƏRİNİ PİS VƏZİYYƏTƏ QOYDU

ABŞ Prezidenti Donald Tramp NATO-nun Haaqa sammitində son hərbi uğurlara - İranın nüvə obyektlərinə irimiqyaslı zərbələr endirilməsinə və İsraillə İran arasında barışıq əldə olunmasına arxalanaraq möhtəşəm çıxış planlaşdırıb, lakin zəfər yürüşünün əvəzinə dünya liderlərinin gözü qarşısında ciddi imic böhranı ilə üzləşib.

 

"The New York Times" xəbər verir ki, ABŞ Müdafiə Nazirliyinin Kəşfiyyat idarəsinin İranın nüvə obyektlərinə son zərbələrinin effektivliyini şübhə altına alan gizli hesabatı beynəlxalq mediaya sızıb.

 

Məlumat Trampın Niderlanda gəlişindən cəmi bir neçə saat sonra mətbuata sızıb və bu, Prezidentin mövqeyini sarsıtmaq üçün diqqətlə planlaşdırılmış əməliyyat kimi görünür. Hesabatın məzmunu Trampın İranın nüvə proqramının tamamilə məhv edilməsi ilə bağlı səsləndirdiyi bəyanatlarla birbaşa ziddiyyət təşkil edir.

 

Qeyd olunur ki, açıqlanan məlumatın mənbəyi İrana zərbələrin planlaşdırılması və həyata keçirilməsinə birbaşa cavabdeh olan Pentaqon olub. Bu hal ABŞ Prezidentinin beynəlxalq nüfuzunu sarsıtmaqla yanaşı, ölkənin isteblişmenti daxilində mümkün daxili siyasi qarşıdurma sualını da gündəmə gətirir.

 

Bu vəziyyət ABŞ liderinin nikbin əhval-ruhiyyəsini ciddi şəkildə sarsıdıb və onun komandasını sammitdəki davranış strategiyasını təcili şəkildə tənzimləməyə vadar edib. Tramp İranı cilovlamaqda uğurları müzakirə etmək əvəzinə, indi müttəfiqlərin ABŞ hərbi əməliyyatlarının real effektivliyi ilə bağlı narahat suallarına cavab verməli olacaq.(Oxu.az)






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.