Azərbaycanın Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi "İnstagram" hesabında 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib.
Senzor.az bildirir ki, paylaşımda deyilir:
"Xalqımıza Zəfər sevincini bəxş etmiş Ordumuzla qürur duyuruq! Allah Vətən uğrunda qəhrəmancasına həlak olmuş şəhidlərimizə rəhmət eləsin! Uca Tanrı xalqımızı və doğma Azərbaycanımızı qorusun!"