İsrail Baş naziri Benyamin Netanyahunun korrupsiya işi üzrə dinləmələr çərçivəsində ifadə verməsinin iki həftəlik təxirə salınması barədə müraciəti rədd edilib.
“Times of İsrael” qəzeti bildirir ki, bunula bağlı İsrailin Baş Prokurorluğu məlumat yayıb.
Qeyd olunub ki, Benyamin Netanyahunun ifadə verməsinin təxirə salınması üçün göstərdiyi səbəblər qaneedici deyil.
Xatırladaq ki, İsrail Baş nazirinin korrupsiya məsələsi ilə bağlı məhkəmə prosesinə iyunun 30-da yenidən başlanılacaq.