Ermənistan İstintaq Komitəsinin binası yaxınlığındakı ərazidən iyirmidən çox vətəndaş polis bölməsinə aparılıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Daxili İşlər Nazirliyinin Mətbuat xidməti saxlanılma faktını təsdiqləsə də, onların dəqiq sayını açıqlamayıb.
“Başlanmış cinayət işi çərçivəsində bir qrup şəxs saxlanılaraq polis bölmələrinə aparılıb”, - nazirlikdən bildirilib.
Xatırladaq ki, daha əvvəl İstintaq Komitəsi təhlükəsizlik qüvvələrinin arxiyepiskop Mikael Acapaxyanı saxlamağa çalışdığı Eçmiədzin Ana taxtının yaxınlığında hüquq-mühafizə orqanları əməkdaşlarının qanuni fəaliyyətinə mane olma faktı ilə bağlı cinayət işinin başlandığını bildirmişdi.