Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin direktoru vəzifəsinə yeni təyinat olub.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, ölkənin baş naziri Nikol Paşinyan bununla bağlı müvafiq qərar imzalayıb.
Onun dünən imzaladığı qərarla həmin vəzifəyə Andranik Simonyan təyin edilib.
Xatırladaq ki, Milli Təhlükəsizlik Xidmətinin əvvəlki direktoru Armen Abazyan iyunun 18-də vəzifəsindən azad edilmişdi.