İran hökuməti Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossinin ölkənin nüvə obyektlərinə girişini təmin etməyəcək və agentlik üçün orada videomüşahidə aparmağa icazə verməyəcək.
“Mehr” agentliyi xəbər verir ki, bunu İran parlamentinin vitse-spikeri Həmid-Reza Hacı Babayi deyib.
O bildirib ki, Tehran bu addımı İsrail hakimiyyətindən əldə edilmiş sənədlərdə İranın nüvə sənayesinin vəziyyəti haqqında məlumatların aşkar edilməsinə görə atıb.
Yeri gəlmişkən, bir qədər əvvəl İranın xarici işlər naziri Abbas Ərakçi AEBA ilə tərəfdaşlığın dayandırılması haqqında qanunun qüvvəyə mindiyini açıqlayıb.