Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 2023-cü ilin fevralında baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılmasına göstərdiyi köməyə görə Azərbaycana bir daha təşəkkür edib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, iyunun 30-da Ankarada Nazirlər Kabinetinin iclasının yekunlarına dair brifinqdə çıxış edən Türkiyə lideri Kahramanmaraşda “Azərbaycan məhəlləsi”nin açılışını xatırladıb.
R.T.Ərdoğan deyib: “Qardaşım İlham Əliyevlə birlikdə Azərbaycan məhəlləsinin açılışını etdik. Fəlakətin ilk günündən ölkəmizə yardım əlini uzadan Azərbaycan xalqına bir daha təşəkkürümü bildirmək istəyirəm”.