Rusiyanın böyük narahatlığı: KREML BU MƏLUMATLARI MƏXFİLƏŞDİRDİ

Rusiyada iqtisadiyyat və xarici ticarətlə bağlı məlumatları dövlət sirri kimi təsnif etmək qərarına gəliblər. Bundan sonra cəmiyyəti sakitləşdirmək üçün ancaq hakimiyyət üçün faydalı olan seçmə göstəricilər açıqlanacaq.

 

Publika.az xəbər verir ki, bu barədə Ukrayna Xarici Kəşfiyyat Xidməti məlumat yayıb.

 

Bildirilib ki, Rusiya Federasiyasının xüsusən kömür, neft emalı, tikinti, avtomobil və logistika sənayesində ciddi böhran prosesləri müşahidə olunur. 

 

“Hazırda Rusiya iqtisadiyyatının yarıdan çoxu durğunluq içindədir - ilk növbədə istehsal sənayesi. Əsas səbəb odur ki, müəssisələrin 40%-dən çoxunun öhdəlikləri mənfəətindən üç dəfə çoxdur. Eyni zamanda, dövriyyə kapitalı kreditor borclarından getdikcə daha çox asılı vəziyyətə düşür, çünki bank maliyyələşdirməsi baha başa gəlir və demək olar ki, əlçatmazdır”, - məlumatda qeyd olunub.

 

Yada salaq ki, Rusiyanın Ukraynaya qarşı 2022-ci ildəki genişmiqyaslı işğalından sonra Qərb ölkələri Moskvaya geniş sanksiyalar paketi tətbiq etdilər ki, bu da ölkə iqtisadiyyatına təsir edib.

 

Mütəxəssislər onun sanksiyaların tətbiq etdiyi strateji məhdudiyyətlər, büdcə kəsiri və özəl və sənaye sektorlarında dərin durğunluq səbəbindən böhrana girdiyini deyirlər.

 

Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu zamanı Rusiya Federasiyası Mərkəzi Bankının sədri Elvira Nabiullina etiraf edib ki, son iki ildə Rusiya iqtisadiyyatının yüksək artım tempini təmin edən resurslar demək olar ki, tükənib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.