İzmir Böyükşəhər Bələdiyyəsinin sabiq sədri Tunc Soyer saxlanılıb.
Senzor.az bildirir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Qeyd olunur ki, İzmir prokurorluğunun korrupsiya işi üzrə başlatdığı istintaq çərçivəsində Soyerlə birgə 157 nəfərin saxlanılması barədə qərar qəbul edilib.
Əməliyyatlar çərçivəsində sabiq sədr də daxil olmaqla, 120 nəfər saxlanılıb.
Hazırda istintaq prosesi davam edir.