Kseniya Sobçak Səfərov qardaşlarının öldürülməsi haqda: “SONRA TƏƏCCÜBLƏNƏCƏYİK Kİ, BİZİ "ORADA" NİYƏ BƏYƏNMİRLƏR...”

Kseniya Sobçak Yekaterinburqda güc strukturları əməkdaşlarının reydi zamanı iki azərbaycanlının ölməsindən sonra Rusiya ilə Azərbaycan arasında qızışan ixtilafı şərh edib.

 

Rusiyalı jurnalist və ictimai xadim öz "Telegram" kanalında Azərbaycan mətbuatında mərhumların meyitlərinin yarılması ilə bağlı yayılan görüntülərə diqqət çəkib.

 

Halbuki Rusiyanın İstintaq Komitəsi Səfərov qardaşlarından birinin ölüm səbəbi kimi ürək çatışmazlığını göstərir.

 

Sobçak vurğulayıb ki, şəxs şübhəli olsa belə, onun günahı məhkəmədə sübuta yetirilməlidir və bu, işgəncələrə bəraət qazandıra bilməz: "Onların hansı millətdən olmasının, hansı vətəndaşlığa sahib olmasının və ya nədə şübhəli bilinmələrinin fərqi yoxdur".

 

Sobçakın sözlərinə görə, hüquq-mühafizə orqanlarının ayrı-ayrı əməkdaşlarının hərəkətləri beynəlxalq qalmaqala gətirib çıxarıb: "Və sonra təəccüblənəcəyik ki, bizi "orada" niyə bəyənmirlər, bizi gözləmirlər və niyə bizi saxlayırlar. Bütün bunlar ona görədir ki, kimsə öz cəzasızlığına həddindən artıq inanıb".






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.