Səfərov qardaşlarının qətlində əli olduğu deyilən rus polisləri... - FOTO

Günlərdir ölkə gündəmini zəbt edən azərbaycanəsilli şəxslərə qarşı hücumda iştirak etdiyi ehtimal edilən Rusiya polislərinin fotoları yayılıb.

 

“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiyanın “Evocation” teleqram kanalı məlumat yayıb.

 

Bildirilir ki, bunlar polis mütəşəkkil cinayətkar qrupunun rəhbəri polkovnik Viktor Poznyak (1984-cü il təvəllüdlü), onun müavini və istintaq idarəsinin rəisi polkovnik Nikolay Poçayevets (1981-ci il təvəllüdlü), Poznyakın digər müavini polkovnik-leytenant Rafael Xamidulin (1984-cü il təvəllüdlü) və Poznyakın kadrlarla iş üzrə müavini Aleksandr Smirnıxdır (1990-cı il təvəllüdlü).

 

Qeyd olunur ki, həmin polis zabitləri məhz ölümlə nəticələnən hadisədə vəzifə səlahiyyətlərindən sui-istifadəyə görə məsuliyyət daşıyırlar.

 

Xatırladaq ki, iyunun 27-si səhər saatlarında Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın olub. Hadisə zamanı 2 azərbaycanlı - Ziyəddin və Hüseyn Səfərovlar öldürülüb, bir neçə nəfər saxlanılıb. 

 

Öldürülən azərbaycanlılar tanınmış jurnalist Seyfəddin Hüseynlinin qardaşlarıdır.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.