Ukraynaya Amerika istehsalı olan bütün silahların, o cümlədən mərmi və ehtiyat hissələrinin tədarükü de-fakto dayandırılıb.
Bu barədə "Economist" Ukrayna rəsmilərinə istinadən məlumat yayıb.
“Mərmilər və ehtiyat hissələri də daxil olmaqla, faktiki olaraq bütün Amerika silah təchizatı kəsilib, lakin ABŞ rəsmiləri bunu inkar edirlər”, - məlumatda bildirilib.
Jurnalistlərin fikrincə, Ukrayna rəsmiləri hesab edirlər ki, bunlar Tramp administrasiyasının Kiyevdən “siyasi güzəştləri sıxışdırmaq” səyləridir.
Məqalədə yanvar ayından bəri Ağ Evin Ukrayna üçün silahla bağlı heç bir yeni öhdəlik götürməməsi fikri də yer alıb.