Ermənistan parlamenti ikinci və yekun oxunuşda "Ermənistan Elektrik Şəbəkələri" QSC-nin milliləşdirilməsi mexanizmlərini nəzərdə tutan qanun layihəsini qəbul edib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, 65 deputat qanun layihəsinin lehinə, 27 deputat əleyhinə səs verib, bir nəfər bitərəf qalıb.
Xatırladaq ki, “Ermənistan Elektrik Şəbəkələri” Şirkəti erməni əsilli rusiyalı iş adamı, baş nazir Nikol Paşinyanın İrəvanda həbs etdirdiyi Samvel Karapetyana məxsusdur və hökumət başçısı onun milliləşdiriləcəyini əvvəlcədən bəyan etmişdi.
Onu da qeyd edək ki, Ermənistanın addımları Rusiya tərəfindən etirazla qarşılanıb.