Ermənistan və Pakistan diplomatik əlaqələr qurmaq barədə qərar verdilər - TARİXDƏ İLK DƏFƏ
VİDEO

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Çində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti çərçivəsində pakistanlı həmkarı İshaq Darla görüşüb.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Ermənistanın Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

 

Qeyd olunur ki, tərəflər diplomatik münasibətlər qurmaq barədə qərar qəbul ediblər.

 

"Həmsöhbətlər Ermənistan və Pakistan arasında diplomatik münasibətlərin qurulması qərarını məmnunluqla qeyd ediblər və ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri barədə müzakirə aparıblar", - press-relizdə deyilir.

 

Regional hadisələrə toxunan Ararat Mirzoyan Ermənistanın Cənubi Qafqazda sabit sülhün bərqərar olması istiqamətində səylərini təqdim edib və bu kontekstdə Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olduğunu vurğulayıb.

 

Xatırladaq ki, Pakistan Ermənistanı suveren dövlət kimi tanımırdı. Hazırda vəziyyət dəyişib və İrəvanın Qarabağa ərazi iddialarından əl çəkməsindən sonra iki ölkə arasında diplomatik əlaqələrin yaradılmasına qərar verilib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.