Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) “ŞƏT tərəfdaşı” adlı vahid status yaratmağa qərar verib.
Senzor.az bildirir ki, bu barədə ŞƏT ölkələrinin “Tiencin Bəyannamə”sində qeyd edilib.
Qeyd olunub ki, üzv dövlətlər “müşahidəçi” və “dialoq tərəfdaşı” statuslarını birləşdirərək “ŞƏT tərəfdaşı” statusunu təsis ediblər.
Xatırladaq ki, Şanxay Əməkdaşlıq Təşkilatı ölkələri “Tiencin Bəyannamə”si imzalayıblar. Deklarasiyada təşkilata üzv olan ölkələr arasında təhlükəsizlik, iqtisadiyyat, energetika və mədəni sahələrdə əməkdaşıqla bağlı 10 illik strateji plan nəzərdə tutulur.