Avropa Komissiyasının Prezidenti Ursula von der Lyayenin təyyarəsinin GPS sisteminə Rusiya tərəfindən müdaxilə olunub və pilot təyyarəni kağız xəritəyə baxaraq endirməyə məcbur olub.
Bu barədə “Financial Times”a anonim mənbələr məlumat verib.
Belə ki, avropalı diplomatı Bolqarıstanın Plovdiv şəhərinə gətirən təyyarəyə edilən elektron hücumlar GPS sistemini sıradan çıxarıb.
Pilot bu səbəbdən kağız xəritəyə baxaraq hava limanına eniş edib.
Həmin vaxt Ursula von der Lyayen Polşanın Varşava şəhərindən Bolqarıstanın Plovdiv şəhərinə gedirmiş.
Avropanın ali diplomatı sözügedən şəhərə Bolqarıstanın Baş naziri ilə silah-sursat zavodunu gəzmək üçün səfər edib.
Von der Lyayen həmin təyyarə ilə də Plovdiv şəhərini tərk edib.