Rusiya Avropa Komissiyasının Prezidenti Ursula von der Lyayenin təyyarəsinin enişi zamanı GPS sistemində baş vermiş nasazlığa görə məsuliyyət daşımır.
Senzor.az bildirir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
Peskov bu ittihamları əsassız adlandırıb.
Qeyd edək ki, “Financial Times” Rusiyanın Ursula von der Lyayenin təyyarəsinin GPS sistemini sıradan çıxardığına dair məlumat yayıb.