ABŞ Prezidenti Donald Tramp həyatında heç vaxt özünü indiki qədər yaxşı hiss etmədiyini bildirib.
Bu barədə o, "Truth Social" şəbəkəsindəki səhifəsində mediada onun ölümü ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən yazıb.
"Həyatımda heç vaxt özümü indiki qədər yaxşı hiss etməmişəm", - deyə ABŞ lideri vurğulayıb.
Respublikaçının səhhətinin pis olması ilə bağlı şayiələr onun həftəsonu iş qrafikinin sıx olmasına baxmayaraq, avqustun 27-də Nazirlər Kabinetinin iclasından sonra ictimaiyyət qarşısına çıxmaması fonunda avqustun 30-da yayılıb.
Amma Ağ Ev tezliklə ABŞ Prezidentinin ölümü ilə bağlı məlumatı təkzib edib və siyasətçinin səhhətində heç bir problem olmadığını, hər şeyin tam qaydasında olduğunu və səhər qolf oynamağa çıxacağını bildirib.
Avqustun 31-də isə amerikalı jurnalist Laura Rozen ABŞ Prezidenti Donald Trampın Virciniya ştatının Sterlinq şəhərindəki qolf meydançasından fotosunu paylaşıb. Bu, siyasətçinin ölümü ilə bağlı şayiələr internetdə yayılmağa başlayandan sonra onun ilk şəkli olub.