Belçika Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının növbəti iclasında Fələstin dövlətini tanıyacağını bəyan edib.
Bu barədə Belçika Xarici İşlər Nazirliyinin rəhbəri Maksim Prevost özünün "X" hesabında yazıb.
O, Brüsselin İsrail hökumətinə qarşı sanksiyalar tətbiq edəcəyini də açıqlayıb. Diplomat, həmçinin Fələstinin HƏMAS hərəkatına təzyiqləri artırmağa çağırıb.