Gürcüstanda ölkənin Aİ-yə üzvlüyünü dəstəkləyənlərin sayı artıb - SORĞU

Gürcüstanda rəyi soruşulanların 58%-i ölkənin Avropa İttifaqına (Aİ) üzvlüyünü tam dəstəkləyib.

 

Teleqraf xəbər verir ki, bu barədə “Qafqaz Tədqiqat Resurs Mərkəzi – Gürcüstan” (CRRC) təşkilatının sorğusunun nəticələrindən məlum olub.

 

Təşkilatın ötən il apardığı eyni sorğunun nəticələri ilə müqayisədə göstərici 10% artıb. 2024-cü ildə bu göstərici 48% idi.

 

Gənclər arasında (18-34 yaş) Gürcüstanın Aİ-yə üzvlüyünü dəstəkləyənlərin göstəricisi daha yüksək olub – 86%. 35-54 yaş qrupuna aid respondentlər arasında göstərici 76%-ə, 55+ yaş qrupuna aid respondetlər arasında isə 71%-ə bərabər olub.

 

Nəticələrə əsasən, paytaxt əhalisi arasında dəstək regionlara nisbətən daha yüksəkdir.

 

Qeyd edək ki, sorğu Aİ-nin maliyyə dəstəyi ilə bu ilin 8-12 avqust tarixində aparılıb. Telefonla müsahibə yolu ilə ümumilikdə 1 333 respondentin rəyi öyrənilib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.