
“Ermənistan bu gün Türkiyədən Azərbaycan və əksinə yük maşınlarının tranzitini təmin etməyə hazırdır. Bu marşrutlar Marqara və Kornidzor vasitəsilə keçir”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
“Niyə indi bunu təklif edirik? Çünki bu infrastruktur bu gün hazırdır. Digər bütün istiqamətlərdə də siyasi iradəmiz var, amma ora hələ investisiya qoyulmalıdır”, - o qeyd edib.
Paşinyan xatırladıb ki, Ermənistanın müstəqillik əldə etməsindən sonra ilk dəfə Rusiya və Qazaxıstandan yüklər Azərbaycan dəmir yolu vasitəsilə Ermənistana daxil olub
“Hazırda marşrut Azərbaycan-Gürcüstan-Ermənistan istiqamətindədir, amma sovet dövründə Tavuş və Siunik (Qərbi Zəngəzur) bölgələri vasitəsilə Azərbaycanla birbaşa dəmir yol əlaqəmiz olub”, - o qeyd edib.