Ramiz Mehdiyevin ev dustaqlığının müddəti
DAHA 4 AY UZADILDI

Prezident Administrasiyasının keçmiş rəhbəri, AMEA-nın sabiq prezidenti, akademik Ramiz Mehdiyev barəsində seçilmiş qətimkan tədbirinin müddəti uzadılıb.

 

Senzor.az bildirir ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) müstəntiqinin vəsatəti əsasında R. Mehdiyevin barəsində ev dustaqlığı qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı təqdimata Səbail Rayon Məhkəməsində baxılıb.

 

Məhkəmə təqdimatı təmin edib və R.Mehdiyev barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin müddəti daha 4 ay uzadılıb.

 

Qeyd edək ki, DTX-da başlanan cinayət işi ilə bağlı Ramiz Mehdiyev AR Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur.

 

Cinayət işi çərçivəsində AXCP sədri Əli Kərimli, onun müşaviri Məmməd İbrahim, AMEA katibliyinin keçmiş rəisi, Prezident Administrasiyasının keçmiş əməkdaşı Eldar Əmirov həbs edilib. Ötən gün həmin şəxslər barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti də 4 ay uzadılıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.