
Dünya birjalarında neft bahalaşıb.
Senzor.az bildirir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 3,54 dollar artaraq 109,26 dollar olub. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 4,25 dollar artaraq 105,42 dollar təşkil edib.
Dünya bazarında Azərbaycan nefti də bahalaşıb. Belə ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2,93 dollar və ya 2,58 faiz artaraq 116,41 dollar olub.
Qeyd edək ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.
Onu da qeyd edək ki, Azərbaycanın builki dövlət büdcəsində neftin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.