
Türkiyə Xarici İşlər Nazirliyi (XİN) 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə Azərbaycanı təbrik edib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Türkiyə XİN-in sosial şəbəkə hesabında paylaşım edilib.
"Qardaş Azərbaycanın müstəqilliyinin yenidən bərpasının 35-ci ildönümü mübarək olsun!" — deyə təbrik paylaşımında vurğulanıb.
Qeyd edək ki, oktyabrın 18-i Azərbaycanda Müstəqilliyin Bərpası Günü kimi qeyd olunur.